“Anifan” anime (yapon animasiyası) və manqa (komiks) sevərlərin bir yerə toplaşdığı cəmiyyətdir. Məqsədimiz Azərbaycanda Yaponiya mədəniyyətinin yayılması, eyni zamanda xarici dillərdəki animeləri və manqaları Azərbaycan dilinə tərcümə etməklə, onların insanlara ana dilimizdə çatdırması, ölkəmizdə animasiya mədəniyyətinin, milli animasiya sənayesinin inkişaf etdirilməsi, eləcə də gələcəkdə milli animelərin və manqaların hazırlanmasıdır.